Baltikyanı ölkələr Ukraynaya “yox” dedi
Litva Xarici İşlər Nazirliyi Litva, Latviya və Estoniyanın Ukraynaya öz hava məkanından Rusiyaya qarşı hücumlar üçün istifadə etməyə icazə vermədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Litvanın xarici siyasət idarəsi məlumat yayıb.
Bildirilib ki, Baltikyanı ölkələrin hava məkanından Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlar həyata keçirməsinə razılıq verilməyib.
Kübra Musayeva