Azov dənizində gərgin gecə - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, Ukrayna dronları gecə saatlarında Rusiyaya məxsus daha 14 gəmini hədəfə alıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, zərbələr Azov dənizində həyata keçirilib. Brovdi qeyd edib ki, son bir həftə ərzində ümumilikdə 90 Rusiya gəmisinə zərbə endirilib. Rusiya tərəfi isə bu məlumatı hələlik təsdiqləməyib.