Qədim diyarımız Gorusdan görüntülər - VİDEO

Qədim diyarımız Gorusdan görüntülər - VİDEO
15.07.2026 15:24 Dünya

Gorus Azərbaycanın qədim Zəngəzur mahalının ən gözəl guşələrindən biridir. Tarixi mənbələrə görə, bu ərazi qədim türk-Oğuz yurdları ilə bağlıdır və uzun illər Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olub.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bir daha bu qədim diyarın təbii gözəlliyini və tarixi dəyərini xatırladır.

Paylaşılan qısa videoda Gorusun dağlarla əhatə olunmuş küçələri, qədim tikililəri, yaşıl təbiəti və dağ mənzərələri əks olunub. Kamera qarşısında açılan mənzərələr sanki keçmişin xatirələrini bugünün gözəlliyi ilə birləşdirir.

Gorus rayonu tarixən Zəngəzur mahalının tərkibində yerləşib. 1930-cu ildə rəsmi olaraq rayon statusu alıb. Bölgənin toponimiyası və əhalisinin tarixi Azərbaycanın qədim məskunlaşma əraziləri ilə sıx bağlıdır. Bir çox Azərbaycanlı mənbələr bu əraziləri Qərbi Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir və onların tarixi ədalət baxımından Azərbaycana aid olduğunu vurğulayır.

Hazırda Ermənistanın Sünik mərzində yerləşir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər