Ay haqda danışmağı qadağan etdilər - Nə görübsə...

Ay haqda danışmağı qadağan etdilər - Nə görübsə...
10.07.2026 10:54 Dünya

ABŞ-nin NASA agentliyinin Aya səfər etmiş astronavtlarına orada gördükləri naməlum kosmik gəmilər barədə danışmağın qadağan edildiyi iddia olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.

Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Heyrin köhnə müsahibəsinə diqqət çəkiblər.

Bildirilir ki, Donna Heyr 1967–1981-ci illərdə NASA ilə əməkdaşlıq edən, hazırda fəaliyyətini dayandırmış “Philco Ford Aerospace” şirkətində çalışıb.

“Daily Mail” yazır ki, Heyr müsahibəsində Aya uçuşlarda iştirak etmiş astronavtların naməlum mənşəli kosmik gəmilər gördükləri barədə məlumatları ictimaiyyətlə bölüşmələrinə icazə verilmədiyini iddia edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər