Avstriyada qorxulu infeksiya TƏHLÜKƏSİ: 3 nəfər öldü, çoxlu sayda yoluxan var
Avstriyanın Lints şəhəri və ətrafında legionellyoz xəstəliyinin yayılması qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avstriyanın “Der Standard” qəzeti məlumat yayıb.
“İyulun 20-dən etibarən Lints və onun ətrafındakı ərazilərdə legionellaların törətdiyi xəstəlik hallarının qeyri-adi dərəcədə çox olduğu qeydə alınır. Yuxarı Avstriya hakimiyyət orqanlarının, Lints magistratının və Qida Təhlükəsizliyi və Sağlamlıq Agentliyinin (AGES) məlumatlarına görə, hazırda 26 xəstənin olduğu məlumdur”, - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, üç nəfər infeksiya səbəbindən həyatını itirib.
Nəşrin məlumatına görə, xəstələrdən 24-ü Yuxarı Avstriyada yaşayır və onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb, bəzilərinin isə reanimasiya şöbəsində müalicə alması tələb olunub. Daha iki zərərçəkən xaricdə yaşayır, lakin xəstələnməzdən əvvəl Lintsdə olublar.
Aysel Mətləb