Avropada hərbi mobillik barədə sənəd imzalandı
Dünya
14.11.2025 12:19
Səkkiz Avropa ölkəsi sərhəd keçidlərinin və hərbi daşımaların vahid şəkildə tənzimlənməsi üçün memorandum imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sənədi Belçika, Çexiya, Almaniya, Lüksemburq, Niderland, Polşa, Slovakiya və Litvanın nümayəndələri imzalayıb.
Nazirliyin məlumatına görə, regionun məqsədi dövlət sərhədlərindən keçid qaydalarının unifikasiyası, hərbi nəqliyyat vasitələrinin koordinasiyası, məlumat mübadiləsinin səmərəliləşdirilməsi, infrastrukturun paralel inkişafının sinxronlaşdırılması və səkkiz ölkə arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
Litvanın müdafiə naziri Robertas Kaunas hərbi mobilliyin ölkə üçün milli prioritet olduğunu bildirib. O qeyd edib ki, xüsusilə Polşa və Latviya ilə birgə NATO-nun şərq sərhədlərində infrastruktur əməkdaşlığı genişləndirilməlidir.
Aysel Mətləb
tag: Avropa,Hərbi mobillik,Sənəd, Litva Müdafiə Nazirliyi ,Todaypress.tv,
