Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama

Amerikanın ən nüfuzlu adamını İran öldürdü - Duqindən sensasion açıqlama
13.07.2026 14:46 Dünya

Rusiyalı politoloq və mütəfəkkir Aleksandr Duqin ABŞ senatoru Lindsi Qrahamın ölümü ilə bağlı qalmaqallı iddia ilə çıxış edib.

TodayPress TV xəbər verir ki, Duqin  Lindsi Qrahamın qəfil ölümünün əslində Donald Trampa göndərilən "qara ləkə" ola biləcəyini deyib.

O, hadisənin arxasında İranın dayanmasına şübhə ilə yanaşdığını qeyd edərək fərqli bir versiya irəli sürüb:

"Şübhə edirəm ki, bunlar iranlılar idi. Ən realisti isə bu, Trampı İranla tammiqyaslı müharibəni yenidən başlatmağa sövq etmək üçün Mossadın işi idi. Bu, açıq-aydın "növbəti sənsən"deməkdir."

Duqin həmçinin Lindsi Qrahamın Trampın siyasi fəaliyyətindəki roluna toxunaraq, onu "Trampın kölgəsi, onun qaradərili "mən"i" adlandırıb.

Qeyd edək ki, rəsmi dövlət hesabatları və Kolumbiya Dairəsi Baş Tibbi Ekspertizasının yaydığı tibbi rəyə görə, 71 yaşlı siyasətçi Ukrayna səfərini uğurla başa vuraraq Vaşinqtona, öz evinə qayıdıb. O, ABŞ paytaxtındakı evində, şənbə günü axşam saatlarında qəflətən dünyasını dəyişib. Tibbi ekspertiza ölümün səbəbini hər hansı bir xarici müdaxilə və ya zəhərlənmə ilə deyil, kəskin ürək-damar çatışmazlığı fonunda yaranan aorta cırılması (aortic dissection) kimi təbii bioloji səbəblə əlaqələndirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər