Amerikalı aktyor Putinin üzünə baxan kimi bunları dedi
Amerikalı aktyor və Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşü zamanı onda formalaşan təəssüratlarını bölüşüb.
TodayPress TV xəbər verir ki, Siqal Putinin ona mehriban, nəzakətli, təvazökar və düşüncəli insan təsiri bağışladığını bildirib.
Aktyor Vladimir Putini “dünyanın ən böyük lideri” adlandırıb.
Bundan başqa, Siqal ABŞ və Avropa ölkələrinin bir çox sakinlərinin Rusiya haqqında yanlış təsəvvürə malik olduqlarını iddia edib. Onun sözlərinə görə, bu, ölkə barədə yayılan yanlış məlumatların xaricdə formalaşan ictimai rəyə təsiri ilə bağlıdır.
Kübra Musayeva