Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar?

Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar?
11.07.2026 11:45 Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və Federal Təhqiqat Bürosunun (FBI) sabiq xüsusi agenti Treysi Uolder İranın ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planları ilə bağlı yayılan məlumatları şərh edib.

TodayPress TV xəbər verir ki, onun fikirlərini "The Hill" nəşri yayıb.

"Təəssüf ki, bu məni təəccübləndirmir. Biz dəqiq bilirik ki, belə cəhdlərin qarşısı alınıb. ABŞ-də buna cəhd etdiklərinə görə məhkəmə qarşısına çıxarılan şəxslər var", – deyə Uolder bildirib.

Keçmiş xüsusi agent İsrail ilə ABŞ arasında Trampa qarşı mümkün sui-qəsdlə bağlı kəşfiyyat məlumatlarının paylaşılmasının İsrailin Baş naziri Benyamin Netanyahunun Trampla gərginləşən münasibətlərini yaxşılaşdırmaq cəhdi ola biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, hazırda Tramp və Netanyahu arasındakı münasibətlər əvvəlki qədər yaxşı deyil və bu məlumatların paylaşılması onların yaxınlaşmasına xidmət edə bilər.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" İsrailin Vaşinqtonu İranın Donald Trampa qarşı yeni sui-qəsd planı barədə xəbərdar etdiyini yazmışdı.

Donald Tramp isə İranın onu öldürəcəyi təqdirdə Tehrana misli görünməmiş zərbə endirilməsi barədə əvvəlcədən göstəriş verdiyini açıqlayıb. Bununla yanaşı, o, İranın ona qarşı yeni plan hazırladığı barədə məlumatı təkzib edərək, uzun illərdir Tehran üçün hədəf olduğunu bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər