Almatıda 20 ilin rekordu qırıldı
Almatıda parlament seçkilərində seçici fəallığı Qazaxıstanda son 20 ilin ən yüksək göstəricisi olub.
TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bunu MDB müşahidəçilər missiyasının rəhbəri, təşkilatın baş katibinin birinci müavini İqor Petrişenko deyib.
Onun sözlərinə görə, yüksək seçici fəallığını seçicilərin genişmiqyaslı məlumatlandırılması kampaniyası ilə izah etmək olar.
“Qarşımızda Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən görürük ki, bütün bunlar seçici fəallığında dəyişikliklərə səbəb olub, hətta fəallığın kifayət qədər yüksək olmadığı şəhərlərdə belə. Məsələn, Almatı üzrə ilkin nəticələr son 20 ilin ən yüksək seçici fəallığıdır”, – deyə Petrişenko bildirib.
Qiymət Mahir