Almaniyanın Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı

Almaniyanın Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı
25.09.2025 04:55 Dünya

Almaniyanın Tbilisidəki səfiri Peter Fişer Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının prinsiplərini pozduğuna görə Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın "TV Pirveli" telekanalı məlumat yayıb.

Ölkənin Baş naziri İrakli Kobaxidze bu qərarı zəruri diplomatik tədbir adlandırıb.

"Cənab Fişer radikal müxalifətin fəaliyyətində birbaşa iştirak edir, məhkəmə sisteminə birbaşa təzyiq cəhdləri göstərir", - Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, səfirin səlahiyyət müddəti 2026-cı ildə başa çatır, bundan sonra o, ölkəni tərk etməli olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər