Almaniyada sirli sabotaj: Polis xarici dövlət izini araşdırır

Almaniyada sirli sabotaj: Polis xarici dövlət izini araşdırır
03.09.2026 03:45 Dünya

Almaniyanın Berqhaym şəhərində sentyabrın 1-də enerji şirkəti Ampriona məxsus yarımstansiyada sabotaj törədilib. Naməlum şəxslərin xüsusi kabellərdən istifadə edərək elektrik xətlərində qısaqapanma yaratdığı bildirilir.

TodayPress TV xəbər verir ki, nəticədə ümumi gücü təxminən 4 200 MVt olan iki kömür elektrik stansiyasının 5 enerji bloku avtomatik olaraq fəaliyyətini dayandırıb.

Hadisədən bir gün sonra müstəntiqlər ərazidə 6 buraxılış qurğusu aşkar ediblər. İlkin ehtimala görə, bu qurğulardan elektrik xətlərinin üzərinə naqillər atmaq üçün istifadə olunub.

Polis hadisəni “konstitusiyaya zidd sabotaj” kimi araşdırır. İstintaqın əsas versiyaları arasında xarici dövlət tərəfindən törədilən diversiya və solçu ekstremistlərin iştirakı da var.

Həmçinin hadisənin Brandenburqdakı elektrik yarımstansiyasına hücumla əlaqəsi araşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər