Almaniya: İsrail Qəzzada jurnalistlərin öldürülməsini açıqlamalıdır

Almaniya: İsrail Qəzzada jurnalistlərin öldürülməsini açıqlamalıdır
11.08.2025 17:35 Dünya

Almaniya Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında jurnalistlərin öldürülməsini şəffaf şəkildə izah etməyə borclu olduğunu bəyan edib. 

TodayPress TV xəbər verir ki, nazirliyin sözçüsü Berlində keçirilən brifinqdə bildirib ki, beynəlxalq humanitar hüquq çərçivəsində media nümayəndələrinin öldürülməsi tamamilə yolverilməzdir.

Nazirlik həmçinin vurğulayıb ki, jurnalistlərin azad və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi təmin edilməlidir.

XİN-in məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin HƏMAS-la münaqişəyə başlamasından bəri Qəzzada 200 jurnalist həlak olub. Bu say tamamilə qəbuledilməz adlandırılıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər