Aİ hərbi xərclərini artıracaq
Avropa İttifaqı (Aİ) 2031-ci ilə qədər hərbi xərcləri 2 trilyon avroya çatdırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə keçirilən forumda çıxışı zamanı bildirib.
“2031-ci ilə qədər Avropa İttifaqı hərbi xərcləri 2 trilyon avroya artırmağı planlaşdırır”, - deyə o vurğulayıb.
Kallas özünü “çox israrlı” hesab etdiyini qeyd edərək, Aİ-nin hərbiləşməsini sürətləndirmək üçün “təkid etməyə davam edəcəyini” və üzv ölkələri hərbi xərcləri daha da artırmağa “təhrik edəcəyini” vəd edib.
Aysel Mətləb