Aİ-dən Rusiyanın bank və enerji sektoruna növbəti ZƏRBƏ

Aİ-dən Rusiyanın bank və enerji sektoruna növbəti ZƏRBƏ
13.11.2026 07:50 Dünya

Avropa İttifaqı (Aİ) Rusiyanın bank və enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar paketi 100-dən çox məhdudiyyəti əhatə edəcək. Məhdudiyyətlər banklara, enerji şirkətlərinə və tankerlərə şamil olunacaq.

Bildirilib ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi Brüsseldə keçiriləcək görüşdə sanksiyaları təsdiqləyəcəklər.

Qeyd edək ki, noyabrın 12-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun cari ilin sonunadək Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin qəbulunda irəliləyişə nail olmağı hədəflədiyini bildirib.

Onun sözlərinə görə, birliyin məhdudiyyətlərin tətbiqi üçün nəzərdə tutulan çoxsaylı siyahıları var.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər