Ağ Evin bir addımlığında silahlı insident törətdi, müəmmalı şəkildə öldü
Vaşinqtonda atışma törətməkdə şübhəli bilinən şəxs ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "NBC" telekanalı federal hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, noyabrın 12-də Vaşinqtonda naməlum şəxs idman zalında atəş açıb, daha sonra binanın daxilində barrikada qurub. Hadisə yerinə, Ağ Evdən avtomobillə təxminən beş dəqiqəlik məsafədə yerləşən 15-ci küçə ərazisinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis sakinləri hadisə bölgəsinə yaxınlaşmamağa çağırıb.
Paytaxt polisinin rəis vəzifəsini icra edən Ceff Kerrollun sözlərinə görə, atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. O, həmçinin atəş açan şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını bildirmişdi.
Aysel Mətləb