Aİ-dən Əfqanıstana 1 milyonluq humanitar yardım

Aİ-dən Əfqanıstana 1 milyonluq humanitar yardım
03.09.2025 06:00 Dünya

Avropa İttifaqı (Aİ) Əfqanıstanda baş verən zəlzələ ilə əlaqədar zərərçəkmiş əhalinin təxirəsalınmaz ehtiyaclarının ödənilməsi üçün bir milyon avro məbləğində humanitar yardım ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. 

Aİ bundan əlavə humanitar ehtiyatlarından təxminən 130 ton yardım ləvazimatı göndərəcək.

Buraya çadırlar və digər sığınacaq vasitələri, geyim, tibbi ləvazimatlar və sutəmizləmə materialları daxildir. Yardım ləvazimatları bu həftənin sonunadək iki aviareyslə Kabula çatdırılacaq.

Töhfə Səməd

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər