Aİ-də sığınacaq müraciətlərinin sayı azaldı
Avropa İttifaqı ölkələrində sığınacaq üçün müraciət edənlərin sayı iyunda 52 265 nəfər təşkil edib.
TodayPress TV-nin məlumatına görə, bu barədə "Eurostat" hesabat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.
2024-cü ilin ikinci rübündə Aİ-də ümumilikdə 194 730 ilkin sığınacaq qərarı qəbul olunub, onların 65 735-i müsbət nəticələnib.
İyunda ən çox müraciət edənlər venesuelalılar (7 615), əfqanlar (4 085), banqladeşlilər (2 735) və suriyalılar (2 315) olub.
Aynur TAC