Ağ Evdəki tikinti qalmaqalında YENİ QƏRAR: Ali Məhkəmə Trampın leyhinə addım atdı

Ağ Evdəki tikinti qalmaqalında YENİ QƏRAR: Ali Məhkəmə Trampın leyhinə addım atdı
22.08.2026 06:30 Dünya

ABŞ Ali Məhkəməsi Amerika Prezidenti Donald Trampın administrasiyasına Ağ Ev ərazisində yeni banket zalının tikintisini müvəqqəti olaraq davam etdirməyə icazə verib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat ölkənin ali məhkəmə instansiyasının qərarında əksini tapıb.

Bildirilib ki, daha əvvəl Kolumbiya dairəsi federal məhkəməsi tərəfindən çıxarılmış və tikintinin müvəqqəti dayandırılmasını nəzərdə tutan qərarın “sonrakı sərəncama qədər qüvvəsi dayandırılır”.

Vaşinqton administrasiyası, o cümlədən Trampın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə əlaqədar tikintiyə maneə yaradılmamasını xahiş edib.

Qeyd olunub ki, ABŞ Ali Məhkəməsinin bu qərarı yekun deyil, iş üzrə məhkəmə araşdırması davam edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər