Ağ Ev miqrantları tutmaq üçün oyun qurdu

Ağ Ev miqrantları tutmaq üçün oyun qurdu
04.09.2026 22:10 Dünya

Ağ Ev məqsədi miqrantların tutulması və deportasiya edilməsi olan onlayn oyun təqdim edib.

TodayPress TV xəbər verir ki, sözügedən oyun ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmi saytında əlçatandır.

“Rio Run” (“Çay üzərindən qaçış”) adlanan oyun retro qrafikada klassik “ilan” arkada oyunu üslubunda hazırlanıb. Oyunçu Tom Homan adlı personajı idarə etməlidir. Bu, Donald Trampın immiqrasiya məsələləri üzrə baş müşavirinin adıdır.

Oyunun məqsədi Meksika ilə sərhəddəki Rio-Qrande çayını keçən mümkün qədər çox miqrant personajını tutmaq və onları geriyə ölkədən çıxarmaqdır.

Ağ Evin saytında daha bir neçə oyun dərc olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər