ABŞ vizalara rüsum tətbiq edəcək

ABŞ vizalara rüsum tətbiq edəcək
21.09.2025 11:45 Dünya

ABŞ-də "H-1B" vizaları üçün nəzərdə tutulan yeni 100 000 dollarlıq rüsum qüvvəyə minir.

TodayPress TV  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu ödəniş hər bir ərizəyə (petisiyaya) görə birdəfəlik tutulacaq və illik xarakter daşımayacaq.

Ağ Evin sözçüsü Karolin Livit qeyd edib ki, bu rüsum yalnız yeni viza üçün müraciət edən şirkətlərə şamil olunacaq. Hazırda viza sahibi olan şəxslərin ABŞ-yə qayıdışı zamanı bu ödəniş tələb olunmayacaq.

Qeyd edək ki, petisiya ABŞ şirkətlərinin xaricdən ixtisaslı işçiləri gətirmək üçün etdiyi rəsmi müraciətdir.

TodayPress TV 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər