ABŞ viza rüsumunu artırır

ABŞ viza rüsumunu artırır
23.09.2025 17:59 Dünya

ABŞ-yə səfər etmək istəyənlər üçün viza rüsumu artırılacaq. Oktyabrın 1-dən etibarən viza haqqı 185 dollardan 435 dollara yüksələcək.

TodayPress TV xəbər verir ki, bu artım yeni tətbiq ediləcək “Viza Dürüstlük Rüsumu” ilə bağlıdır. 

Rüsum təhsil, səyahət və müvəqqəti iş üçün ABŞ-yə gedən şəxslərdən tutulacaq.

Yeni ödənişin məqsədi qeyri-qanuni immiqrasiyanın qarşısını almaq və viza sistemini təkmilləşdirməkdir. Əlavə ödənişin minimum məbləği 250 dollar olacaq və bu, mövcud 185 dollarlıq konsulluq rüsumuna əlavə ediləcək. Gələcəkdə məbləğ yenidən arta bilər.

ABŞ səfərindən sonra viza qaydalarını pozmayanlar ödədikləri rüsumu geri ala biləcəklər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər