ABŞ və Ukrayna PUA sahəsində birləşir

ABŞ və Ukrayna PUA sahəsində birləşir
02.09.2026 20:25 Dünya

ABŞ pilotsuz uçuş texnologiyaları sahəsində mümkün əməkdaşlıqla bağlı Ukrayna ilə danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"ya müsahibəsində bildirib.

“Əgər ABŞ üçün məntiqli olan bir razılaşma varsa, biz onu nəzərdən keçirir və danışıqlar aparırıq. Bütün bunlar üzərində iş gedir”, - deyə Rubio vurğulayıb.

Onun sözlərinə görə, ABŞ öz müdafiəsini gücləndirmək yollarını daim axtarır və zəruri texnologiyalara malik ölkələrlə tərəfdaşlığa hazırdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər