ABŞ səfirliyindən Gürcüstan vətəndaşlarına xəbərdarlıq
Gürcüstan vətəndaşlarının ABŞ-yə səfərinin əsas məqsədi uşağın doğulması yolu ilə ABŞ vətəndaşlığı almaqdırsa, bu, viza üçün əsas sayılmayacaq və rədd cavabı ilə nəticələnə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Tbilisidəki səfirliyi məlumat verib.
Bəyanatda bildirilir ki, ABŞ qanunlarına əsasən, bu ölkədə doğulan uşaqlar avtomatik olaraq vətəndaşlıq qazanır. Son illərdə bəzi vətəndaşlar bunu "doğuş turizmi" vasitəsilə ABŞ-yə köçməyin alternativ yolu kimi istifadə etməyə çalışırlar. Rəsmi Vaşinqton isə bu hallara qarşı sərt tədbirlər görür.
Qeyd edək ki, 2024-cü maliyyə ilində ABŞ-ın Tbilisidəki səfirliyi 12,305 viza verib. Bunlardan 2785-i immiqrant, 9520-si isə qeyri-immiqrant vizalarıdır.
Vizalardan imtina nisbəti 41,44% təşkil edib.
Türkan İsgəndərli