ABŞ Rusiyaya görə Zelenskiyə “ağız açdı”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Kiyevdən 25-27 avqust tarixlərində Moskva və Sankt-Peterburqa zərbələr endirməməyi xahiş edib.
TodayPress TV Zelenskinin sözlərinə görə, başqa bir ölkə də adını açıqlamadığı halda, Ukraynadan Vladivostok istiqamətində müəyyən müddət ərzində zərbələri dayandırmağı istəyib.
Ukrayna lideri qeyd edib ki, Kiyev diplomatik danışıqlara dəstək məqsədilə tərəfdaşlarının bu cür müraciətlərini nəzərə almağa hazırdır.
“Biz müharibənin başa çatması üçün sülhə yönələn hər addımı dəstəkləyirik. Rusiya üzərində səmanın dronlardan təmizlənməsi yalnız sülhə doğru real irəliləyiş başladıqda mümkün olacaq”, - Zelenski bildirib.
Kübra Musayeva