ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır

ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır
28.07.2026 08:47 Dünya

Pentaqon ABŞ kontingentinin Avropada yerləşdirilməsinin səmərəliliyinin artırılmasına yönəlmiş araşdırmaya başlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

"Bu gün Müdafiə Nazirliyi Avropada qüvvələrin yerləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb. Bu araşdırma ABŞ müdafiə naziri Pit Heqsetin NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən son görüşündə elan etdiyi məsələ ilə bağlıdır. Nazir həmin vaxt bildirdiyi kimi, bu, Avropanın nüvə silahlarından istifadə etmədən öz müdafiəsinin təmin edilməsində əsas məsuliyyəti tez və geri dönməz şəkildə öz üzərinə götürməsi istiqamətində NATO-nun irəliləməsinə yönəlmiş real yanaşmalı araşdırma olacaq".

Onun sözlərinə görə, bu baxış ABŞ-ın daha əvvəl açıqladığı milli müdafiə və milli təhlükəsizlik strategiyalarının əsas müddəalarına uyğun aparılacaq.

Pentaqon rəhbərinin müavini qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən ABŞ qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı gələcək addımlar üçün "bir sıra variantlar" təqdim olunacaq. Onun sözlərinə görə, mümkün tədbirlər strateji hesablamalara, eləcə də "geosiyasi və hərbi reallıqların aydın dərk edilməsinə" əsaslanacaq.

Kolbi əlavə edib ki, ABŞ bu məsələlərlə bağlı Avropadakı müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək.

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər