ABŞ Prezidenti Kanadaya qarşı uduzdu? - Ottava təzyiqlərə boyun əymir...

ABŞ Prezidenti Kanadaya qarşı uduzdu? - Ottava təzyiqlərə boyun əymir...
23.08.2026 09:45 Dünya

ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət münaqişəsində uğursuzluğa düçar olub, Ottavaya qarşı təhdid və təzyiqlər isə özünü doğrultmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.

Nəşr qeyd edib ki, Kanada iqtisadiyyatı ABŞ-dən əhəmiyyətli dərəcədə kiçik olsa da, onun hökuməti daha rasionaldır və ticarət münaqişəsi zamanı milli maraqları qoruya bilər.

"Kanada Baş naziri Mark Karni Trampdan daha populyardır, kanadalıların özləri isə Vaşinqtona olan inamsızlıqları ətrafında birləşiblər. Eyni zamanda, Amerika ictimaiyyəti artan dövlət borcu, yüksək faiz dərəcələri və enerji resursları bazarında böhranla üzləşib", - deyə məlumatda bildirilib.

Əlavə edilib ki, Trampın müharibələrdə yalnız gücün deyil, həm də dözümlülüyün rol oynadığını qəbul edə bilməməsi onun İranla müharibədə, həmçinin ticarət münaqişələrində məğlubiyyətinin əsas səbəbidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər