ABŞ-nin “sapı özündən olan baltaları” İrana məğlub olmaq istəyirlər
ABŞ Prezidenti Donald Tramp Demokratları və ölkədəki radikal sol qüvvələri İranla müharibədə ABŞ-nin məğlub olmasını arzulamaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, Amerika lideri bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.
Tramp bildirib ki, sözügedən qüvvələr onun ABŞ naminə İranla müharibədə qələbə qazanmasını istəmirlər.
“Onlar prezident Donald Trampın bu müharibədə Amerika naminə qalib gəlməsindənsə, ABŞ-nin məğlub olmasını üstün tuturlar”, - deyə Tramp vurğulayıb.
ABŞ lideri Demokratları sərt şəkildə tənqid edərək onları “Tramp Derangement Syndrome” (TDS) adlandırdığı “Trampa qarşı vəsvəsə sindromu”ndan əziyyət çəkməkdə günahlandırıb.
Kübra Musayeva