ABŞ-nin məşhur Reaperləri tükənir: Pentaqon təcili plan hazırladı
ABŞ Hərbi Hava Qüvvələri MQ-9 Reaper pilotsuz uçuş aparatlarını əvəz etmək üçün daha ucuz, birdəfəlik istifadə edilən yeni dronların hazırlanmasını sürətləndirib.
TodayPress TV xəbər verir ki, “Massed Modular Aircraft” (MMA) adlandırılan yeni dronların hər birinin təxminən 10 milyon dollara başa gələcəyi gözlənilir. Bu, bir Reaperin qiymətinin təxminən üçdə birinə bərabərdir. ABŞ ən azı 180 belə aparat almağı planlaşdırır.
Məlumata görə, qərarın əsas səbəblərindən biri İranla müharibə zamanı Reaperlərin böyük itkilər verməsidir. Ümumilikdə 45 MQ-9 itirilib ki, bu da ABŞ-nin bütün Reaper parkının təxminən 25 faizidir. Məhv edilən texnikanın ümumi dəyərinin isə 1 milyard dolları keçdiyi bildirilir.
Reaperlərin istehsalı 2025-ci ildə dayandırıldığı üçün itirilən aparatları yeni Reaperlərlə əvəzləmək artıq mümkün deyil.
ABŞ generallarından biri Reaperlərin “narahatlıq doğuracaq sürətlə” tükəndiyini bildirib.
Kübra Musayeva