ABŞ-nin kommersiya neft ehtiyatları azaldı
ABŞ-də kommersiya neft ehtiyatları 9 285 min barel azalıb və 415 361 min barel təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 400 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.