ABŞ-nin “dəmir qalxanı” çökür
ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin ehtiyatlarının tükəndiyi iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə hərbi ekspert Patrisiya Marins açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-nin raket tutucu sistemlərinin ehtiyatları demək olar ki, tükənib. Marins bildirib ki, atəşkəs dövründə bu raketlərin istehsalı iki dəfə artırılsa da, mövcud ehtiyatları tam bərpa etmək hələ mümkün olmayıb.
Hərbi ekspert bu vəziyyətin ABŞ-nin hava və raketdən müdafiə imkanları ilə bağlı ciddi çağırışlar yaratdığını qeyd edib.