ABŞ Latın Amerikasında yeni hərbi əməliyyata başlayır
ABŞ Latın Amerikasında məqsədi “narkoterrorçuları məhv etmək” olan yeni hərbi əməliyyat elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində paylaşım edib.
O açıqlamasında əməliyyatın məqsədinin “vətən torpaqlarını qorumaq, narkoterrorçuları qitədən təmizləmək və xalqı narkotik təhlükəsindən müdafiə etmək” olduğunu bildirib.
“Southern Spear” əməliyyatının hansı əraziləri əhatə edəcəyi və mövcud vəziyyətdə nəyi dəyişdirəcəyi barədə dəqiq məlumat verilməyib.
Aysel Mətləb