ABŞ Karib dənizində narkotik daşıdığı iddia edilən daha bir qayığı vurdu
ABŞ Cənub Teatr Komandanlığı (SOUTHCOM) Karib dənizində narkotik daşıdığı iddia edilən qayığa qarşı əməliyyat keçirib. Hücum nəticəsində qayıqda olan 4 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "SOUTHCOM" məlumat yayıb.
Məlumata görə, ABŞ müdafiə naziri Pete Hegsethin göstərişi ilə həyata keçirilən əməliyyatda hədəf alınan qayığın ABŞ-ın terror təşkilatı kimi tanıdığı qrup üçün fəaliyyət göstərdiyi iddia edilir.
Qayığın beynəlxalq sularda vurulduğu bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikası narkotik kartellərinə qarşı mübarizədə ordunun daha geniş istifadəsi ilə bağlı xüsusi sərəncam imzalayıb.
Jalə Rövşən