ABŞ hərbçiləri Texasda üç PUA-nı lazerlə vurdu

ABŞ hərbçiləri Texasda üç PUA-nı lazerlə vurdu
28.08.2026 10:23 Dünya

ABŞ hərbçiləri Texasın cənubundakı Rio-Qrande çayı vadisində üç pilotsuz uçuş aparatını (PUA) vurmaq üçün çoxməqsədli yüksək enerjili lazerdən istifadə ediblər.

TodayPress TV Reuters-ə istinadən xəbər verir ki, amerikalı hərbçilər AMP-HEL qurğusundan istifadə ediblər.

Əməliyyatın keçirildiyi ərazi açıqlanmayıb. Reuters PUA-ların ABŞ, yoxsa Meksika ərazisi üzərində vurulduğunu müəyyənləşdirə bilməyib.

ABŞ Silahlı Qüvvələrinin nümayəndələrinin sözlərinə görə, dronlar amerikalı hərbçilər və Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin əməkdaşları üçün “fiziki təhlükə” yaradırdı.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər