ABŞ Estoniyanın hava məkanının pozulmasına mənfi yanaşır
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Estoniyanın hava məkanının pozulması Vaşinqton tərəfindən neqativ qarşılanır.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bəli, bizə bu xoş deyil”, - deyə o, sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, sentyabrın 19-da Rusiya Hərbi Hava Qüvvələrinə məxsus üç "MiQ-31" qırıcısı Estoniya ilə diplomatik gərginliyə səbəb olub. Təyyarələr ölkənin hava məkanını Vayndloo adası yaxınlığında pozub və orada təxminən 12 dəqiqə qalıb.
Qiymət Mahir