ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!”
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ilə bağlı yeni açıqlama yayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
CENTCOM bildirib ki, Hörmüz boğazı beynəlxalq su yoludur və İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sərbəst və açıq dəniz keçid marşrutlarını müəyyən etmək səlahiyyətinə malik deyil.
Açıqlamada qeyd olunub ki, ticarət gəmiləri ABŞ hərbi qüvvələrinin müşayiəti ilə boğazdan təhlükəsiz şəkildə keçməyə davam edir.
Bildirilib ki, may ayının əvvəlindən etibarən CENTCOM qüvvələri təxminən 1 000 gəminin və 500 milyon barel xam neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.
Kübra Musayeva