ABŞ-də dövlət binasında atışma - Yaralılar var

ABŞ-də dövlət binasında atışma - Yaralılar var
24.09.2025 21:10 Dünya

Dallasda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasında atışma baş verib.

TodayPress TV “CNN”ə istinadən xəbər verir ki, azı 3 nəfər xəsarət alıb.

ICE komissarı vəzifəsini icra edən Todd Lyons bildirib ki, ilkin məlumatlara görə, atəş açan snayper olub. Zərərçəkənlərin vəziyyətinin ağır olduğunu yazır.

Milli Təhlükəsizlik katibi Kristi Noem "X” sosial media platformasında atəş açan şəxsin intihar etdiyini açıqlayıb. Onun meyiti yaxınlıqdakı binanın damında tapılıb. O, həmçinin qeyd edib ki, yaralıların sayı arta bilər.

Katib əlavə edib ki, hücumun motivi hələ məlum deyil.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər