ABŞ Çinlə yalnız qeyri-strateji mallar üzrə ticarətə diqqət yetirməyi planlaşdırır
ABŞ Çinlə balanslaşdırılmış ticarəti təmin etməli və diqqətini yalnız strateji olmayan mallara yönəltməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.
Sənəddə bildirilib ki, Çin ilə ticarət balanslaşdırılmış olmalı və müdafiəyə həssas olmayan amillərə yönəldilməlidir. Birləşmiş Ştatlar Pekinlə həqiqətən qarşılıqlı faydalı iqtisadi əlaqələri saxlamaqla uzunmüddətli iqtisadi dayanıqlığın əsasını qoymalıdır.
Aysel Mətləb