ABŞ Çinə qarşı dron savaşına başladı: Rüsumlar “göyə qalxdı”

ABŞ Çinə qarşı dron savaşına başladı: Rüsumlar “göyə qalxdı”
03.09.2026 19:42 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası idxal olunan pilotsuz uçuş aparatlarına (PUA) 100%-dək gömrük rüsumu tətbiq edib.

TodayPress TV xəbər verir ki, “The New York Times”ın məlumatına görə, qərar əsasən bu sahədə dominant mövqedə olan Çin istehsalçılarını hədəf alır və ABŞ-də yerli dron istehsalının artırılmasını məqsəd qoyur.

Çəkisi 25 kiloqramdan çox olan və ya termal görüntüləmə sistemləri ilə təchiz edilmiş dronlara ən yüksək rüsum tətbiq ediləcək. Daha kiçik dronlar üçün isə rüsum 25% müəyyənləşdirilib.

Qərar polis və yanğınsöndürmə xidmətləri, eləcə də Çin istehsalı dronlardan istifadə edən şirkətlərin narazılığına səbəb olub. Sənaye nümayəndələri bildirirlər ki, hazırda ABŞ istehsalçıları yaranacaq tələbatı tam qarşılamaq gücündə deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər