ABŞ Çikaqoya qoşun yeridəcək

ABŞ Çikaqoya qoşun yeridəcək
03.09.2025 05:00 Dünya

ABŞ Prezidenti Donald Tramp İllinoys ştatının Çikaqo şəhərində rekord səviyyədə artan cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə ölkənin Milli Qvardiyasını şəhərə yeritmək niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi brifinq zamanı danışıb.

O diqqətə çatdırıb ki, Çikaqo sakinlərindən tez-tez yardım çağırışları alır:

"Onlar məktublarında bildirirlər ki, şəhərdəki cinayətkarlıq səbəbindən küçəyə çıxmağa qorxurlar".

Tramp bu addımın nə vaxt atılacağını açıqlamasa da, bunu mütləq reallaşdıracağını bildirib. 

Töhfə Səməd

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər