ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər - Səbəb nədir?

ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər - Səbəb nədir?
04.09.2026 21:43 Dünya

ABŞ Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini endirməzsə, Birləşmiş Ştatlar bir sıra dövlətlərlə ticarəti dayandıra bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında bəyan edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda dünyada ən aşağı faiz dərəcəsi olmalıdır:

“Əgər ABŞ ticarətdə bir sıra ölkələrin böyük profisitinə yol verməsəydi, biz buna dərhal son qoya bilərik. Onlar artıq maliyyə elitası hesab olunmazdılar.

Faiz dərəcəsini endirin, əks halda kəsirimizin olduğu ölkələrlə ticarəti dayandıracağam, çünki ABŞ Ali Məhkəməsi rüsumlarla bağlı səfeh və baha başa gələn qərarında prezidentin bunu etməyə tam hüququ olduğunu birmənalı şəkildə qəbul edib. Bu, rüsumlardan daha yaxşıdır”.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər