ABŞ Baltikyanı ölkələrə hərbi yardımı azaldacaq

ABŞ Baltikyanı ölkələrə hərbi yardımı azaldacaq
21.09.2025 10:12 Dünya

ABŞ Baltikyanı ölkələrə (Latviya, Litva və Estoniyaya) hərbi yardımın prioritetlərini yenidən nəzərdən keçirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu qərar Avropa diplomatları arasında narahatlıq yaradıb. Avqustun sonunda Pentaqon rəsmiləri Avropa nümayəndələri ilə görüşdə Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində dəstəyin məhdudlaşdırılacağını bildiriblər.

ABŞ rəsmisi Devid Beyker qeyd edib ki, Avropa artıq ABŞ-dən asılılığı azaltmalı, Amerika isə əsas diqqətini öz ərazisinin müdafiəsinə yönəltməlidir.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər