ABŞ Argentina ilə vizasız rejimi dayandırdı
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Argentina ilə vizasız rejim haqqında sazişin imzalanması prosesini dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Departament qeyd edib ki, hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Mayli ilə bağlı korrupsiya qalmaqalı səbəbindən müqavilə bağlamaq mümkün deyil.