ABŞ Alyaskada neftə qoyulan məhdudiyyətləri ləğv etdi
Dünya
14.11.2025 11:05
ABŞ Prezidenti Donald Trampın administrasiyası sələfi Cozef Bayden dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin daxili işlər naziri Duqlas Berqam "Reuters" açıqlamasında məlumat verib.
“2024-cü il qaydalarını ləğv etməklə Trampın müəyyən etdiyi kursu davam etdiririk. Bu addım Alyaskanın enerji potensialının açılmasına, ştatın şimal bölgəsi üçün yeni iş yerlərinin yaradılmasına və ABŞ-nin yanacaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir”, - deyə Berqam bildirib.
Xatırladaq ki, Bayden administrasiyasının son məhdudiyyətləri Alyaskanın şimalında federal hökumətə məxsus olan və Milli Neft Ehtiyatı kimi tanınan 4,3 milyon hektar torpaq sahəsinin icarəyə verilməsini qadağan edirdi. Eyni zamanda, 2024-cü il tənzimləməsi əlavə 800 min hektarlıq ərazidə hasilat üçün sərt şərtlər müəyyənləşdirirdi.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Cozef Bayden,Alyaska,Todaypress.tv,
