ABŞ 164 ölkəyə qarşı çıxdı - Yeni dünya xəritəsi qalmaqal yaratdı

ABŞ 164 ölkəyə qarşı çıxdı - Yeni dünya xəritəsi qalmaqal yaratdı
05.09.2026 10:17 Dünya

ABŞ BMT Baş Assambleyasında dünya xəritəsinin yeni qətnaməsinə qarşı səs verən yeganə ölkə olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, qətnamə 164 ölkə tərəfindən dəstəklənib. Ukrayna, Moldova, Gürcüstan, Serbiya, Litva və Estoniya isə bitərəf qalıb.

Sənəd Afrika və dünyanın digər regionlarının xəritədə real ölçülərinə daha yaxın şəkildə əks etdirilməsini təşviq edir. Təşəbbüs xüsusilə Afrikanın xəritələrdə olduğundan daha kiçik göstərilməsi ilə bağlı müzakirələr fonunda irəli sürülüb.

ABŞ-nin BMT-dəki nümayəndəsi səsvermədən əvvəl qətnamənin qəbul edilməməsinə çağırıb. Vaşinqton bu təşəbbüsü daha geniş ideoloji gündəmin bir hissəsi hesab edir və BMT-nin əsas diqqətini beynəlxalq sülh və təhlükəsizlik məsələlərindən yayındıra biləcəyini düşünür.

Təşəbbüsün arxasında duran fəallar isə hesab edirlər ki, Gerardus Merkatorun XVI əsrdə hazırladığı xəritə proyeksiyası Afrikanı real ölçüsündən xeyli kiçik göstərir və qitə ilə bağlı stereotipləri gücləndirir.

Beləliklə, dünya xəritəsi uğrunda səsvermədə ABŞ 164 ölkəyə qarşı tək qalıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər