75 yaşlı baş nazir ayaqda yatmasın deyə yuxu fasiləsi təşkil etdilər

75 yaşlı baş nazir ayaqda yatmasın deyə yuxu fasiləsi təşkil etdilər
10.07.2026 15:48 Dünya

Hindistanın Baş naziri Narendra Modinin Yeni Zelandiyaya planlaşdırılan rəsmi səfərinin təşkilati işlərində maraqlı və qeyri-adi detallar ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, 75 yaşlı liderin yaş xüsusiyyətlərini və şəxsi xahişlərini nəzərə alan protokol xidməti səfər proqramına xüsusi bəndlər əlavə edib.

Mənbələrin məlumatına görə, Modinin gərgin iş qrafiki nəzərə alınaraq gün ərzində onun üçün qısamüddətli yuxu (nap) fasilələri planlaşdırılıb.

Bundan əlavə, tədbirlərin keçiriləcəyi məkanların seçimində pilləkənləri olmayan, yaxud minimum pilləkən tələb edən yerlərə üstünlük verilir.

Baş nazirin pilləkənlərdən qaçınmaq istəyinin bir neçə il əvvəl kütləvi tədbirlərin birində qəfil yıxılması hadisəsi ilə bağlı olduğu bildirilir.

Səfərin siyasi və təhlükəsizlik miqyası olduqca böyükdür. Belə ki, Yeni Zelandiya tərəfi xarici dövlət xadimləri üçün ölkə tarixində görünməmiş, ən genişmiqyaslı təhlükəsizlik əməliyyatlarından birini həyata keçirməyə hazırlaşır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər