44 il əvvəlki müharibə yenidən başlaya bilər: Argentina Folklenddən “əl çəkmir”

44 il əvvəlki müharibə yenidən başlaya bilər: Argentina Folklenddən “əl çəkmir”
03.09.2026 02:53 Dünya

Argentina prezidenti Xavyer Miley ölkəsinin Folklend adalarına olan ərazi iddiasını yenidən gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, Miley adaları “müqəddəs” adlandıraraq Argentinanın maraqlarını “kimə toxunmasından asılı olmayaraq, diş və dırnaqla müdafiə edəcəyini” bildirib.

Böyük Britaniya isə Argentina prezidentinin açıqlamasına cavab olaraq Folklend adaları üzərində suverenliyinin “sarsılmaz” olduğunu bəyan edib. London adalarda yaşayan insanların britaniyalı olaraq qalmaq hüququna hörmət edilməli olduğunu vurğulayıb.

Mileyin cümə axşamı Folklend adaları məsələsi ilə bağlı xalqa mühüm müraciət edəcəyi gözlənilir.

Folklend adaları üzərində suverenlik mübahisəsi Argentina ilə Böyük Britaniya arasında uzun illərdir davam edir. 1982-ci ildə tərəflər arasında adalar uğrunda müharibə də baş vermişdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər