28 ildir axtarışda olan şəxs tutuldu
Ermənistanda 28 ildir axtarışda olan şəxs tutulub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, 67 yaşlı vətəndaş sentyabrın 16-da Zvartnots hava limanında saxlanılıb və daha sonra həbs edilib.
Həmin şəxs dələduzluqda ittiham olunur.
Qeyd edək ki, onun barəsində cinayət işi 1997-ci il fevralın 25-də açılıb.
Nicat Osman