2030-da Avropa-Rusiya müharibəsi olacaq
Avropa ölkələri 2030-cu ilə doğru Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlıq gördüklərini əsas konseptual sənədlərində rəsmiləşdiriblər.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin XXII iclasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının əsas konseptual sənədlərində 2030-cu ilədək genişmiqyaslı silahlı münaqişəyə hazırlıq nəzərdə tutulub.
Narışkin həmçinin iddia edib ki, Avropa kəşfiyyat xidmətləri postsovet ölkələrini Rusiya ilə mümkün qarşıdurmada mübarizə meydanı və nəzarətdə saxlamaq istədikləri “bufer zona” kimi görür.
SVR rəhbəri Avropada Rusiyaya qarşı mümkün genişmiqyaslı münaqişə riskinin real olduğunu və bunun ciddi narahatlıq doğurduğunu bildirib.
Qiymət Mahir