1945-ci ildən sonra bir ilk: Rusiya Almaniyanı vurdu
Leypsiq hava limanında təxminən bir ay əvvəl partlayıcı maddələrlə yüklənmiş vəziyyətdə aşkarlanan dronun arxasında Rusiya kəşfiyyatının dayandığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə alman siyasi aktivist Yürgen Nauditt yazıb.
O bildirib ki, əgər dron təyyarəyə çırpılsaydı və nəticədə onun yanacağı və ya yükü alışsaydı, itkilər təkcə “Antonov” təyyarəsində olanlarla məhdudlaşmaya bilərdi.
Hava limanında və yaxınlıqdakı digər təyyarələrdə olan insanlar da təhlükə ilə üzləşə bilərdi. Nəticədə yüzlərlə insanın həlak olması mümkün idi.
Fəal, Almaniyanın federal daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri İohann Vadefulun həmin gün günün ikinci yarısında mətbuat qarşısında çıxış etməli olduqlarını deyib. O Kanslerin açıqlama verməməsindən də narazılıq ifadə edib.
"Almaniyanın bu qəddar terror aktına necə cavab verəcəyi də hələlik bəlli deyil",- o əlavə edib.
Qeyd edək ki, avqustun 4-də Almaniyanın Leypsiq/Halle hava limanında partlayıcı maddələrlə yüklənmiş dron aşkarlanıb. Dron Ukraynaya məxsus “Antonov” yük təyyarələrinin yaxınlığında tapılıb və zərərsizləşdirilib.
Jalə Rövşən